İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmaları nəticəsində nənəsi ilə birlikdə həlak olan 2 yaşlı Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş poster müsabiqəsi başa çatıb. 
   Gənclər Təşkilatları Milli Şurası tərəfindən 22 iyul - Avropa nifrət cinayətləri və qurbanları günü münasibətilə keçirilən müsabiqənin məqsədi hər gün dünyada balaca Zəhra kimi müharibə şəraitində, cəbhə bölgəsində yaşayan yüzlərlə azyaşlı uşağın faciə qurbanına çevrildiyini dünyaya çatdırmaqdır. Müsabiqəyə gənc rəssam və dizaynerlərin təqdim etdikləri posterlərdən uğurlu olanları seçilərək elektron albom hazırlanıb və Avropa Şurasına üzv ölkələrə, Avropa Şurası Parlament Assambleyasının deputatlarına, insan hüquqları, uşaq hüquqları üzrə fəaliyyət göstərən qurumlara, beynəlxalq gənclər təşkilatlarına göndərilib.