Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov ölkəmizdə səfərdə olan B.Basanqov adına Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva ilə görüşüb.
Teatrın baş rejissoru Bəhram Osmanovun da iştirak etdiyi görüşdə iki teatr arasında yaradıcılıq münasibətlərinin yeni layihələrlə davam etdirilməsi barədə müzakirələr aparılıb. Həmçinin yaradıcılıq müqaviləsinin növbəti mövsümdə genişləndirilməsindən, maraqlı layihələrin, rejissor və tamaşa mübadilələrinin iki ölkənin teatrları üçün əhəmiyyətindən söhbət açılıb.