Rəsm müsabiqəsinə qeydiyyat davam edir
   
   Xətai Sənət Mərkəzində “Mənim yay tətilim-2017” adlı respublika uşaq müsabiqəsinə qeydiyyat davam edir.
   Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə məktəblilərin yay tətili xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədilə təşkil edilib.
   Müsabiqəyə 15 yaşadək fırça ustaları ən çox üç sənət əsəri ilə qatıla bilərlər. Mövzu və düzgün kompozisiyaların üstünlük veriləcəyi müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işlədikləri əsərlər seçiləcək.
   İştirak etmək istəyənlər şəxsi məlumatlarını və işlərinin fotosunu sentyabrın 10-dək Xətai Sənət Mərkəzinin xsm.2016@mail.ru elektron ünvanına göndərə bilərlər.