İyulun 18-də Buxarestdə işə başlayan beynəlxalq kinofestivalın müsabiqə bölməsində Azərbaycanı rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi təmsil edir. Festival çərçivəsində 30-dan artıq ölkənin 35 filmi əsas mükafatlar uğrunda mübarizə aparacaq.
  
   İyulun 21-dək davam edəcək festivalın seçim komitəsi 55 ölkədən 1200-dən artıq audiovizual məhsulu əsas proqram üçün nəzərdən keçirib. Beynəlxalq sənət yarışmasında Azərbaycanla yanaşı, ABŞ, Kanada, İtaliya, İspaniya, Çexiya, Polşa və digər ölkələrin kino məhsulları da nümayiş olunur.
   Xatırladaq ki, 2010-cu ildə “Bir addım” studiyasında istehsal olunan “Miras” sənədli filmi bir sıra beynəlxalq müsabiqələrdə uğur qazanıb. Rejissor Fariz Əhmədov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə təhsil alır.
   Filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırovdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar