Türkiyədə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun eyniadlı əsərinin motivləri əsasında ekranlaşdırılmış “Sərvi boylum, al yaylıqlım” filminin serial versiyası çəkiləcək.
“Kırmızı eşarp” (“Qırmızı yaylıq”) adlı serialda azərbaycanlı aktrisa Nəsrin Cavadzadə də rol alacaq. Serialda İlyas və Asya obrazlarını Seçkin Özdəmir və Özgə Özpirimçi oynayacaqlar. Nəsrin Cavadzadə isə Asyaya aşiq olan İlyası ələ keçirməyə çalışan Dilək obrazını canlandıracaq.