Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin yay mövsümündə mədəni xidmətlərin təşkilinə dair tədbirlər planına əsasən, Lerik Dövlət Rəsm Qalereyası rayondakı “Relax” istirahət mərkəzində yeniyetmə rəssam Altun Rəcəblinin rəngkarlıq işlərindən ibarət sərgi keçirib.
Sərgidə həvəskar rəssamın 20-dən çox əl işi turistlərə təqdim olunub. İstirahət mərkəzində dincələnlər bir həftə ərzində A.Rəcəblinin rəsmləri ilə yaxından tanış olub. Tamaşaçılara yeniyetmə rəssam özü bələdçilik edib, yaradıcılığından və gələcək planlarından danışıb.