Azərbaycan filmləri Koreya Respublikasında təşkil edilən beynəlxalq film festivalında nümayiş olunur. Avqustun 31-dək davam edəcək festival müxtəliflik və multikultural dəyərlərin təbliğinə həsr olunub.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə festivala təqdim olunan ekran əsərləri - rejissor İlqar Nəcəfin “Buta” və Eldar Quliyevin “Girov” filmləri Seul Tarix Muzeyində nümayiş olunur.