Film tanınmış səs rejissoru Ələkbər Həsənzadəyə həsr olunub
  
   “Salnamə” kinostudiyasının Sankt-Peterburq şəhərinin “Lennauçfilm” studiyası ilə birgə növbəti sənədli filmi yekunlaşmaq üzrədir.
   “Səsin izi ilə” adlanacaq film Rusiya dövlət mükafatı laureatı, Rusiyanın Əməkdar incəsənət xadimi, sovet kinosunun tanınmış səs rejissoru və operatoru həmyerlimiz Ələkbər Həsənzadəyə həsr olunub. “Salnamə” kinostudiyasından verilən məlumata görə, çəkilişlər Naxçıvan, Qazax, Zaqatala, Bakı və Sankt-Peterburqda aparılıb. Film artıq montaj mərhələsindədir.
   Filmin ssenari müəllifləri Dmitri Sidorov, Nadir Bədəlov, rejissorlar Andrey Povlenko, Tahir Əliyev, operatorları Maksim Konovalcuk, Elxan Rüstəmovdur.
   Qeyd edək ki, Ələkbər Həsənzadə “Cavid ömrü”, “Ən vacib müsahibə”, “Hakim”, “İnsan məskən salır”, “Ömrün səhifələri”, “Var olun, qızlar...”, “Əlavə iz”, “Azərbaycanın Florası” və başqa filmlərdə səs operatoru kimi işləyib.
  
   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar