Sentyabrın 6-dan 11-dək Tatarıstanın paytaxtı Kazanda “Qızıl minbər” VII Beynəlxalq müsəlman filmləri kinofestivalı keçiriləcək. Seçim komissiyası iyulun 20-dən başlayaraq müsabiqədə iştirak edəcək filmləri müəyyənləşdirəcək.
Müsəlman ölkələrində ekranlaşdırılmış 40-dək filmin nümayiş etdiriləcəyi festivalda Azərbaycan Oqtay Mirqasımovun “Ovsunçu” filmi ilə təmsil olunacaq.
Film Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdə baş vermiş hadisələrdən bəhs edir. Filmdə aparıcı rolları tanınmış aktyorlar Bəxtiyar Xanızadə, Fuad Poladov və Ayan Mirqasımova oynayıblar.