Ölkəmiz beynəlxalq atəşfəşanlıq festivalında təmsil olunacaq
Sentyabrın 1-də Rusiyanın Omsk vilayətində İrtış çayının sahilində "Ulduzları yandırırıq" adlı II Beynəlxalq Atəşfəşanlıq Festivalı keçiriləcək.
Festivalda Azərbaycan, Qazaxıstan, Çin və Rusiyadan ümumilikdə beş komanda mübarizə aparacaq. Ölkəmizi festivalda “Böyük bayram” komandası təmsil edəcək. Komandaların çıxışları musiqi ilə müşayiət olunacaq. Tədbirin şərtlərinə əsasən, pirotexniklər iki məcburi proqram təqdim etməlidirlər.
Proqram çərçivəsində tamaşaçılar musiqi kollektivlərinin çıxışına, müxtəlif ölkələrin təamlarının dadına baxa, eləcə də fərdi, ailə və komanda şəklində idman yarışlarında iştirak edə bilərlər.