Özbəkistanın 1news.uz portalı jurnalist Dilbər Babacanovanın rus dilində “Bakı - yenidən qayıtmaq istədiyin şəhər” sərlövhəli məqaləsini yayıb.
Müəllif Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə reallaşan “Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü” adlı layihə çərçivəsində iyul ayında ölkəmizdə mediaturda iştirak edib. Layihəyə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Özbəkistandakı səfirliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Mətbuat Şurası dəstək göstərib.
Müəllif Bakının tarixi, qədim və müasir binaları, İçərişəhər, Dənizkənarı Milli Park, Atəşgah haqqında söhbət açır, Bakını dünyanın ən gözəl şəhərlərindən biri kimi təqdim edir.