AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlunun “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” adlı monoqrafiyası rus dilində çapdan çıxıb.
Azərbaycan folklor nümunələri əsasında yazılan monoqrafiya xalq gülüşünün genezisindən və poetikasından bəhs edir. “Gülüş” anlayışı bu əsərdə sistemli şəkildə folklor nümunələri üzrə araşdırılıb. Nəşrin elmi redaktoru filologiya elmləri doktoru Sara Osmanlıdır.