AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilovun “Albaniyanın tarixi, etno-mədəni hüdudları: qərb istiqaməti” kitabı Azərbaycan, rus və ingilis dillərində çapdan çıxıb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə nəşri olan kitabın yazılmasında əsas məqsəd Azərbaycan tarixinin Qafqaz Albaniyası dövrünə dair geniş oxucu auditoriyasının bilik dairəsini genişləndirməkdir.