Rejissor İlqar Safatın 2010-cu ildə çəkdiyi “Sahə” filmi (ssenari müəllifi və rejissor İlqar Safat) ötən müddətdə bir neçə festival və müsabiqədə uğur qazanıb.
   Ekran əsəri bu günlərdə yeni beynəlxalq baxış müsabiqəsinə - 24-cü Sinqapur Beynəlxalq Kino Festivalına (Singapore İnternational Film Festival - SİFF) dəvət olunub.
   Festival sentyabrın 15-dən 25-dək Sinqapurda keçiriləcək.
   1987-ci ildən keçirilən bu festival Cənub-Şərqi Asiya regionunun ən nüfuzlu kino müsabiqələrindən biridir. Hər il festivalda iştirak etmək üçün 200-300 bədii tam və qısametrajlı filmlər seçilir.
   Qeyd edək ki, “Nərimanfilm” kinostudiyasının “Gürcüstanfilm” və “Baqirafilm” (Gürcüstan) studiyaları ilə birgə çəkdiyi “Sahə” filmi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, “Paşa Bank”ın köməkliyi ilə ərsəyə gəlib. Ekran əsərində əsas rollardan birini ifa edən Timur Oduşev bu ilin martında ABŞ-da nüfuzlu mükafat - “Hollivudun Gənc Aktyorlar Mükafatı” (“Hollywood Young Artists Award”) ilə təltif olunub. Film bu ilin mayında Moskvada keçirilən XIII beynəlxalq detektiv filmlər festivalının (“DetektivFest”) xüsusi mükafatına, iyunda isə Ukraynanın Truskaves kurort şəhərində “Zolotaya pektoral” kinofestivalında “Ən yaxşı operator işi” nominasiyasında mükafata layiq görülüb. Sinqapur festivalında da “Sahə”yə uğurlar arzulayırıq.
  
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar