Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 avqust - Milli Kino Günü münasibətilə tədbir keçiriləcək.
   Tədbirin açılışı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısında olacaq. Açılış mərasimindən sonra tədbir iştirakçıları teatrın qarşısında nümayiş etdirilən sərgi ilə tanış olacaqlar.
   Sərgidə müxtəlif illərdə çəkilmiş kinofilmlərdə istifadə edilən iri və kiçik həcmli rekvizitlər təqdim olunacaq. Bayram axşamına sərginin “Milli kinomuzda geyimlər” bölməsi də xüsusi rəng qatacaq.
   Ənənəyə uyğun olaraq həmin gün “Bu meydan, bu ekran” müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar. Sonda isə iştirakçılar rejissor Yavər Rzayevin “İlahi məxluq” filminə baxacaqlar.
   Milli Kino Günü ilə bağlı həmçinin bir qrup kino veteranına Mədəniyyət və Turizm Nazirliyinin mükafatları təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar