Neftçala şəhər Mərkəzi kitabxanasında yay məktəbinin yekun məşğələsi keçirilib. 20 iyun-29 avqust tarixlərini əhatə edən məşğələlərdə ümumilikdə 100-dən çox şagird iştirak edib.
Bu müddət ərzində keçirilən intellektual və məntiqi oyunlar, bacarıqlı əllər, kulinariya məşğələləri və bir-birindən maraqlı ekskursiyalar, görüşlər iştirakçıların ürəyincə olub.
Məşğələlərdə şagirdlərlə sevə-sevə məşğul olan kitabxanaçılar - MKS-nin direktor müavini G.Abdulhüseynova, Metodika-biblioqrafiya şöbəsinin müdiri B.Niftəliyeva, həmin şöbənin böyük metodisti R.Səmədova, Uşaq şöbəsinin kitabxanaçıları Ş.Nuriyeva və G.Əzizova, Xidmət şöbəsinin kitabxanaçısı M.Şəmsiyeva öz çıxışlarında iki aydan artıq davam edən layihənin əhəmiyyətini qeyd ediblər.
MKS-nin direktoru G.Qasımova sonda çıxış edərək yay məktəbinin təşkilində iştirak edən kitabxanaçılara təşəkkürünü bildirib, növbəti illərdə də bu layihənin davam edəcəyini diqqətə çatdırıb.