Sumqayıt Tarix Muzeyinin iclas salonunda şəhər Mədəniyyət və Turizm Şöbəsinin, habelə Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 2 avqust - Milli Kino gününə həsr olunmuş tədbir keçirilib. Respublikanın Xalq artisti, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri Amaliya Pənahova, tanınmış aktyor və rejissor Rövşən Almuradlı və Bakı Bələdiyyə Teatrının gənc aktyoru İlqar Musayev kinosevərlərin qonağı olub.
   “Azərbaycan kinosu dünən, bu gün və sabah” devizi ilə keçirilən tədbir “Azərbaycan kinosunun salnaməsi” videoçarxının nümayişi ilə başlayıb. Videoçarxda milli kinomuzun inkişafından, onun maddi-texniki bazasının möhkəmlənməsindən və görkəmli kino xadimlərindən söz açan kadrlar təqdim olunub.
   Sonra tədbirdə çıxış edən qonaqlar sənət fəaliyyətləri, milli kinomuzun inkişafı ilə bağlı fikirlərini bölüşüb, tamaşaçıların suallarını cavablandırıblar. Açıq dialoq şəraitində keçən görüşdə kinonun aktual problemlərindən söz açılıb, konstruktiv təkliflər irəli sürülüb.
   Sonda “Bir addım” qısametrajlı filminin nümayişi olub. Gənc rejissor Fariz Əhmədovun filmi Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran” layihəsi çərçivəsində ekranlaşdırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar