Sentyabrın 5-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtında XIII Kazan Beynəlxalq Müsəlman Kinofestivalı başlayıb.
Sentyabrın 11-dək davam edəcək festivalın ideyası sülhməramlılıq, dini tolerantlıq və dözümlülükdür.
Azərbaycanın da təmsil olunduğu müsabiqənin şort-listinə 27 ölkədən 60 film daxildir. Müsabiqə proqramı tammetrajlı və qısametrajlı (bədii və sənədli) filmlərə bölünür.
Festivalda ölkəmizin İranla birgə istehsalı olan "Səs" qısametrajlı bədii filmi təqdim ediləcək. Azərbaycan dilində olan filmin çəkilişləri İranda aparılıb.