«Miras» Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi «Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği» adlı yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihənin məqsədi Azərbaycanda arxeoloji turizmin təbliğinə töhfə vermək, tarixi-arxeoloji abidələrimizə diqqəti, arxeologiya elminə marağı artırmaqdır. Layihə çərçivəsində arxeoloji turizmin təbliği və təşviqi ilə bağlı mədəniyyət və təhsil müəssisələrində mühazirələr veriləcək, tarixi-memarlıq, arxeoloji abidələr haqqında seminarlar təşkil olunacaq.
   Layihə çərçivəsində xüsusi internet səhifəsi də yaradılacaq. Həmçinin «Azərbaycan abidələr diyarıdır» adlı qısametrajlı filmin çəkilişi də planlaşdırılıb. Film müxtəlif dillərə çevrilərək, dünya ictimaiyyətinə təqdim olunacaq.
   Gülər
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar