“Qırmızı bağ” tammetrajlı bədii filminin çəkilişləri başa çatmaq üzrədir. Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyası ilə Rusiyanın “Weit Media” şirkətinin birgə layihəsi əsasında çəkilir. Kinostudiyadan bildiriblər ki, filmin final çəkilişi payız aylarında aparılacaq. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operator Maksim Drozdov, quruluşçu rəssam Vladimir Trapeznikovdur.
   Filmdə hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində baş verir. Əsərdə orta məktəb müəllimi Abbasla onun həyat yoldaşı Vəfanın məişət qayğılarından bəhs olunur. Onların qarşısına Orxan adlı kimsəsiz uşağın çıxması ilə hadisələr kökündən dəyişir. Bundan sonra bu üç nəfərin yaşayışı ölüm və həyat uğrunda mübarizəyə çevrilir. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar