Sentyabrın 16-da Səməd Vurğun adına Rus Dram Teatrında Ejen İoneskonun "Mərasim" pyesi əsasında hazırlanmış tamaşanın premyerası olacaq.
Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov (Sankt-Peterburq), quruluşçu rəssamı Azərbaycanın Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatçısı Ərşad Ələkbərov, işıq üzrə rəssamı Nikolay Rudıçevdir.
Tamaşada Azərbaycanın xalq artistləri - Fəxrəddin Manafov və Mehriban Zəki, həmçinin teatrın aktyorları - Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Dubovitskaya, Natiq Hüseynov, kütləvi səhnələrdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edəcəklər.