Mirzə Fətəli Axundzadəyə həsr olunmuş film çəkilir
   
   Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yeni filmin çəkilişləri davam edir.
   Xalq yazıçısı Anarın ssenarisi üzrə çəkilən “Sübhün səfiri” filminin rejissoru Ramiz Həsənoğludur. Filmin I hissəsi Türkiyədə, II hissəsi Gürcüstanda, III hissəsi isə Azərbaycanda, o cümlədən Şəkidə ekranlaşdırılacaq.
   Filmdə M.F.Axundzadənin 30 yaşından ömrünün sonunadək olan dövrünü aktyor Elşən Rüstəmov canlandıracaq. Ekran əsərinin operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, baş rəssamı Rafiz İsmayılovdur. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar