Yeni mövsümə başlayan teatrlarımızın əksəriyyəti tamaşaçıların görüşünə premyera ilə gəlməyi planlaşdırır. 
   Sentyabrın 19-da Gəncə Dövlət Kukla Teatrı Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» komediyası əsasında hazırlanmış «Məşədi İbad» tamaşası ilə 32-ci teatr mövsümünü açacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Rauf Avşarov, quruluşçu rəssamı Xatirə Avşarovadır. Əsas rollarda əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov və gənc aktrisa Nərmin Şərifova çıxış edirlər. 
   Teatrdan aldığımız məlumata görə, mövsümün açılışı günü teatrın əsas qonaqları - SOS uşaq kəndinin balaca sakinləri və şəhərdəki şəhid ailələrinin övladları olacaqlar. 

   G.Mirməmməd