Füzuli Dövlət Dram Teatrı məzuniyyətdən qayıdıb. Teatr illik ənənəsinə sadiq qalaraq Füzuli və Beyləqanda yerləşən N saylı hərbi hissələrdə əsgərlərlə görüşüb. Teatrın repertuarında olan tamaşalardan parçalar, əsgər həyatından bəhs edən şeirlər, səhnəciklər əsgərlərdə xoş ovqat yaradıb.
Teatr yeni mövsümü 25 sentyabrda Şıxəli Qurbanovun "Özümüz bilərik” tamaşası ilə açacaq. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Rollarda Asif Şirinov, Əli Hüseynov, İntizar Quliyeva, Sehran Xanlarov, Sevinc Məmmədova, Qaçaq Qarayev, Elşən Gözəlov və başqaları çıxış edir.