“YARAT” Müasir İncəsənət Mərkəzində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən "Yarımçıq qalmış" tamaşasının yaradıcı heyəti ilə görüş keçirilib. Səhnə əsəri Yefim Abramov və Leyla Bəyim Cəfərovanın müəllifi olduğu "Xəyalpərvər oğlan" pyesi əsasında hazırlanıb.
Əsər 2016-cı ilin Aprel döyüşlərində həlak olmuş gənc heykəltəraş Samir Qaçayevin simasında, Qarabağ müharibəsində həlak olmuş bütün şəhidlərə ithaf edilib.
Ədəbiyyat klubu çərçivəsində reallaşan görüşdə tamaşanın quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədov, əsərin müəlliflərindən biri Leyla Bəyim Cəfərova, rolların ifaçıları Elnur Kərimov, Günel Məmmədova, Elşən Rüstəmov, Zemfira Əbdülsəmədova, Manaf Dadaşov və digər aktyorlar iştirakçıların suallarını cavablandırıblar.
Tədbirdə tamaşadan səhnələr göstərilib.