Sentyabrın 8-də Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) II Dünya müharibəsi zamanı Leninqrad şəhərinin 900 gün sürən blokadasından bəhs edən fotosərgi açılacaq.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə blokada dövründə Leninqrad sakinləri olmuş, hazırda Azərbaycanda yaşayan insanların təsis etdiyi ictimai birliyin üzvləri iştirak edəcəklər.
Ekspozisiyasına 36 fotoşəkil daxil edilmiş sərgi sentyabrın 12-dək davam edəcək.