Sentyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları”, “İrəvan xanlığının mahalları” və “İrəvan xanlığının əhalisi” kitablarının təqdimat mərasimi keçiriləcək.
İnstitutdan bildiriblər ki, nəşrlər Azərbaycan və rus dillərində hazırlanıb. Bundan öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılan “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı bir sıra xarici dillərə tərcümə olunub.