Bakı Xətai Sənət Mərkəzində elan edilən “Mənim yay tətilim - 2017” adlı respublika uşaq müsabiqəsi başa çatıb.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan müsabiqə məktəblilərin yay tətili xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədilə təşkil edilib.
15 yaşadək məktəblilərin qatıldığı müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işləmiş olduğu əsərlərə üstünlük verilib. Yaxın vaxtlarda toplanmış əsərlərdən ibarət sərginin açılacağı nəzərdə tutulur.