Astara rayonunun Kijəbə qəsəbəsində “Kitab qatarı” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə Kijəbə qəsəbə, Lovayın, Burzubənd, Ovala, Tüləgivan və Vənəşikəş kənd mədəniyyət və məktəbəqədər təhsil müəssisələri iştirak edib.
Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin Astara rayonu üzrə baş məsləhətçisi Şadoğlan Bayramov çıxış edərək layihə barədə iştirakçılara məlumat verib. MKS-nin direktoru Tural Eyvazov layihə çərçivəsində rayonun bir neçə qəsəbə və kəndlərində də tədbirlərin keçiriləcəyini vurğulayıb.
Tədbirdə müxtəlif mövzu başlıqları altında 1000-ə yaxın kitab sərgilənib. Tədbir Kijəbə qəsəbə Folklor evinin hazırladığı konsert proqramı ilə davam edib.