Mingəçevir Dövlət Dram Teatrı yeni mövsümə milli dramaturgiyamızın banisi M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərinin tamaşası ilə başlayır. Tamaşanın sentyabrın 20-də nümayiş etdirilməsi nəzərdə tutulur.
Teatr eyni zamanda çağdaş dramaturgiya nümunələrinə də müraciət edir. Hazırda yazıçı-dramaturq Camal Yusifzadənin qələmə aldığı “Səhər qatarı” pyesi üzərində məşqlər davam edir. Tamaşanın quruluşçu rejissoru Xəzər Gəncəli, səhnə tərtibatçısı Rafael Həşimov, rejissor köməkçisi Xəyalə Qəmbərovadır. Rollarda Paşa Salmanov, Ramil Ağayev, Aydın Quliyev, Aytən Allahverdiyeva, Nargilə Abdullayeva, Firuz Hacıyev, Hüseyn Mustafayev, Asim Məmmədov və başqaları çıxış edirlər. Tamaşa oktyabrın ikinci yarısında təhvil veriləcək.