2012-ci ildə təqdim ediləcək “Oskar” mükafatına iddialı olan bir neçə filmin adı açıqlanıb. Onlardan biri bu il 64-cü Kann film festivalının “Böyük Jüri” mükafatına layiq görülən “Bir zamanlar Anadoluda” filmidir. Türk rejissoru Nuri Bilge Ceylanın ssenarisi və quruluşunda lentə alınan film kənd həkiminin cinayət işini aparan hakimin 12 saatlıq hekayəsindən bəhs edir. Ekran əsəri gələn il keçiriləcək “Oskar”ın “Xarici dildə ən yaxşı film” nominasiyasında iştirak edəcək.
   84-cü “Oskar”a iddialı olan digər ekran əsəri isə məşhur amerikalı müğənni Madonnanın özünü rejissor kimi sınadığı “Biz sevgiyə inanırıq” filmidir. Filmdə baş rolları Hollivud aktyorları Ebbi Korniş, Ceyms Darsi və Andrea Rayzboro ifa edir. Filmdə obrazlardan birini də Madonnanın 14 yaşlı qızı Lurdes canlandırıb. Kino tənqidçilərinin fikrincə, o, XX əsrin məşhur sevgi romanlarından birini ağıllı, müasir filmə çevirə bilib.
   Xatırladaq ki, 84-cü “Oskar” mükafatı ənənəvi olaraq gələn il fevralın sonu və ya martın əvvəllərində Los-Anceles şəhərində təqdim ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar