Oktyabrın 8-dən 14-dək Türkiyənin Antalya şəhərində ənənəvi beynəlxalq “Qızıl portağal” (“Altın Portakal”) kinofestivalı keçiriləcək. Bu il 48-ci dəfə düzənlənən festivalda Azərbaycanın beş filmi iştirak edəcək. Ölkəmizi bu nüfuzlu kinofestivalda Eldar Quliyevin “Girov”, İlqar Nəcəfin “Buta”, Samir Kərimoğlunun “Niyyət”, İlqar Safatın “Sahə” və Yavər Rzayevin “İlahi məxluq” filmləri təmsil edəcək.
   “Qızıl portağal” kinofestivalı 1963-cü ildən etibarən hər il Antalyada keçirilir. Festival böyük uğur qazanması sayəsində 2005-ci ildə beynəlxalq platformaya keçirilib və dünya kinematoqrafı sektorunda nüfuzlu müsabiqəyə çevrilib. Bu festival Türkiyə kinosu üçün mühüm hadisə sayılır. Qeyd edək ki, festival Antalyanın Mədəniyyət və İncəsənət Fondunun dəstəyi ilə keçirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar