Sənədli film Qars müqaviləsinin 90 illiyinə həsr olunub
   
   Mədəniyyət və Turizm Nazirliyinin «Salnamə» kinostudiyası Qars müqaviləsinin 90 illik yubileyi ilə əlaqədar olaraq «1921-ci ilin payızı» adlı sənədli filmin çəkilişlərinə başlayıb. Film Naxçıvan, Qars, Ərzurum, Ankara və İstanbul şəhərlərində çəkiləcək. Ekran işində Rusiya və Türkiyə arxivlərindən əldə olunan maraqlı materiallardan istifadə olunacaq.
   Ekran əsərində 1921-ci il oktyabrın 13-də imzalanmış və Azərbaycan tarixinin sonrakı mərhələsində həlledici rol oynamış Qars müqaviləsi ilə bağlı bir sıra məqamlar əks olunacaq. Xatırladaq ki, Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası - Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanmış Qars müqaviləsində Cənubi Qafqazda sərhədlərin dəqiqləşdirilməsi məsələsi əksini tapmışdı.
   Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi İlham Tumas, məsləhətçisi Qars Universitetinin professoru Hacəli Nəcəfoğludur.
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar