Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 109-cu teatr mövsümünü ənənəsinə uyğun olaraq Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açıb.
Səhnə əsərində Məcnun obrazını Xalq artisti Mənsum İbrahimov canlandırıb. Gənc solist Arzu Əliyeva Leyli rolunu ifa edib. Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan operada əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam), Xalq artisti Sabir Əliyev (Şeyx) də iştirak ediblər. Səhnə əsəri dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunub.
Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan tamaşanın zəngin səhnə dekorasiyası və ifaçıların məharətli çıxışı ilə müşayiət olunan növbəti təqdimatı maraqla qarşılanıb.