Qazax Dövlət Dram Teatrı 80-ci mövsümə Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” tamaşası ilə başlayıb. Tamaşadan əvvəl teatrın direktoru Saqif İsgəndərov çıxış edərək mövsümün açılışı münasibətilə teatrsevərləri təbrik edib. Teatrın baş rejissoru Musa Eyyubov kollektivin keçdiyi tarixi yoldan, gələcək işlərdən danışıb.
Sonra “Bəxtsiz cavan” faciəsi göstərilib. Tamaşanın quruluşçu rejissoru Allahverdi Musayev, quruluşçu rəssamı Səyyad Məmmədovdur. Rolları Hacı Hacıyev, Yusif Qoca, Arif Almədədov, Səyalı İsmayılova, Nəsimi Aşbazov, Aydın Orucov və İlqar Hacıbəyli oynayıblar.