Dövlət Film Fondu görkəmli Azərbaycan yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” povesti əsasında çəkilmiş “Bircəciyim” bədii filmini bərpa edib. 
   Fonddan bildiriblər ki, “Bircəciyim” filmi 1986-cı ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru Ənvər Əbluc, operatoru Kənan Məmmədovdur. Rollarda Həsən Məmmədov, Hamlet Xanızadə, Amaliya Pənahova, Ramiz Məlik və Mehriban Xanlarova çəkiliblər.
   Film rus dilindədir və texniki baxımdan yaxşı vəziyyətdə olmadığı üçün indiyədək nümayiş etdirilməyib. Bərpa edilərək Azərbaycan dilinə dublyaj olunan filmin tezliklə AzTV-də ilk dəfə yayımlanması nəzərdə tutulur.
   
   * * *
   Dövlət Film Fondu Rusiya Teleradio Fondu ilə birgə bu ölkədə iki Azərbaycan filmini də bərpa etdirir. Filmlərdən biri 1982-ci ildə Xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilmiş “Gümüş furqon” ekran əsəridir. Filmin quruluşçu rejissoru Oqtay Mirqasımovdur.
   Bərpa olunan digər film isə “Yay gününün xəzan yarpaqları” adlanır. 1986-cı ildə istehsal olunmuş bu ekran əsərinin rejissoru Tofiq İsmayılovdur.
   Hazırda bərpa prosesində olan filmlər yaxın vaxtlarda Azərbaycana gətiriləcək.
   Filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bərpa olunur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar