Prezident İlham Əliyevin 26 sentyabr 2017-ci il tarixli sərəncamı ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Hacı Ağa qızı Bayramova Azərbaycan musiqi mədəniyyətinin təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları Davud Bəxtiyar oğlu Abdullayev və Fəzilə Vaqif qızı Rəhimovaya musiqi irsinin təbliğində səmərəli fəaliyyətlərinə görə “Əməkdar artist” fəxri adı verilib.