Avqustun 13-ü dünya kinosunun görkəmli simalarından olan rejissor, prodüser, ssenarist Alfred Cozef Hiçkokun (1899-1980) doğum günüdür. O, 1939-cu ilə qədər Böyük Britaniyada, sonra ABŞ-da çalışıb. A.Hiçkok dünya kinosunda triller janrının “ata”sı sayılır. Filmlərində daim qeyri-adi gərginlik yaratmağı bacaran, süjetdəki həyəcanı filmin sonuna qədər saxlamağı bacaran rejissorlardan olub.
   London universitetində mühəndislik ixtisası üzrə təhsil alıb, 1920-ci ildən kinostudiyada titrlər yazmaqla sənət fəaliyyətinə başlayıb. 1926-cı ildə “Sakin” adlı ilk triller filmini çəkib.
   II Dünya müharibəsi başlayanda A.Hiçkok Amerikaya gedir və Hollivudda çəkdiyi “Rebekka” filmi “Oskar” mükafatı alır. 1940-cı ildən başlayaraq hər il bir film çəkir. Onun sevimli aktyorları Keri Qrant, Cimmi Stüart, Qreys Kelli və s. idi.
   “Məhəlləyə pəncərə” (1954) və “Başgicəllənmə” (1959) kimi qeyri-standart və dərin psixoloji təsir gücünə malik filmlər onu daha məşhurlaşdırdı. “Psixo” (1960) və “Quşlar” (1963) filmləri A. Hiçkok yaradıcılığının zirvəsidir.
   Alfred Hiçkok haqda maraqlı faktlardan biri də odur ki, o, ömrü boyu polisdən qorxub və heç vaxt avtomobil sükanı arxasına əyləşməyib.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar