Prezident İlham Əliyev sentyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə Əfəndiyev Toğrul Rasim oğlu, Əsədova Xədicə Vəli qızı, Həbibova Sevda Nürəddin qızı, Məlikova Əminə Zakir qızı, Nuriyeva Mehriban Qulam qızı bu fəxri ada layiq görülüb.
Dövlət başçısının digər sərəncamı ilə muzeyin əməkdaşı Təranə Qulam-Rza qızı İsgəndərova “Tərəqqi” medalı ilə təltif edilib.
Prezident sentyabrın 27-də həmçinin Azərbaycan Xalça Muzeyinin əməkdaşlarına fəxri adların verilməsi və təltif olunması haqqında sərəncamlar imzalayıb.
Milli xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə Bəşirov Taryer Ağaveyis oğlu “Əməkdar rəssam”, Şirəliyeva Asya Əlimövsüm qızı “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Ağayeva Püstə Tofiq qızı, Məlikova Təranə Nadir qızı, Zeynalova Rəma Mais qızı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, Abasova Aygün Elşad qızı və Səlimov Yalçın Ramiz oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.