Sentyabrın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasının premyerası olacaq.
“Cəza” təkadamlıq psixoloji oyun dramıdır. Tamaşada Əməkdar artist Kəmalə Hüseynova çıxış edir. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Tamaşa sentyabrın 7-dən 14-dək Başqırdıstanın Ufa şəhərində ənənəvi olaraq keçirilən türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib. Kəmalə Hüseynova festivalda xüsusi diploma layiq görülüb.