Məşhur filmin ikinci hissəsinin çəkilişləri başlandı
   
   Avqustun 22-də Bakıda məşhur \"Qorxma, mən səninləyəm\" filminin davamının çəkilişlərinə start verilib. 1981-ci ildə lentə alınan və qısa vaxtda keçmiş SSRİ-də populyarlaşan “Qorxma, mən səninləyəm” macəra filminin ikinci hissəsi də Moskvada yaşayan həmyerlimiz, Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor Yuli Qusmanın quruluşunda lentə alınır.
   
   Filmin baş prodüseri Timur Vaynşteyn, quruluşçu operatoru Rusiyanın Xalq artisti Vadim Alisov, rəssamı Tahir Tahirovdur. “Qorxma, mən səninləyəm - 1919” adlanan yeni filmin süjet xətti o dövrün sevgi macərası üzərində qurulub.
   Filmin kastinq direktoru Yana Nikitinanın bildirdiyinə görə, avqustun 22-də Bakıda başlayan çəkiliş prosesi avqustun 25-də İlisuda (Qax), sentyabrın 19-da isə yenidən Bakıda davam etdiriləcək.
   Yeni ekran əsərində Teymur obrazını yenə Xalq artisti Polad Bülbüloğlu canlandıracaq. O həmçinin filmin bəstəkarıdır. Teymurun həyat yoldaşının obrazını isə yenə də Həmidə Ömərova ifa edəcək. Ekran əsərində Azərbaycan aktyorları ilə yanaşı, Rusiyanın sənət adamları, o cümlədən 20 il əvvəl “Qorxma, mən səninləyəm”də rol almış məşhur aktyor Lev Durov, sirk artisti Muxtarbek Kentemirov çəkiləcəklər. Filmdə “Eurovision-2011”in qalibi Eldar Qasımov, Bəhram Bağırzadə və s. tanınmış simalar da rol alıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar