Məşhur roman əsasında eyniadlı film çəkiləcək
   
   Xalq yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı əsasında eyniadlı filmin çəkilişinə hazırlıq gedir. Filmin çəkilişlərinin oktyabrda başlanması nəzərdə tutulur. Azərbaycan və Türkiyə kinematoqrafçıları tərəfindən çəkiləcək filmdə baş rola namizəd axtarılır. Bu barədə Türkiyədə yaşayan azərbaycanlı aktrisa, filmdə əsas rollardan birini ifa edəcək Məlahət Abbasova məlumat verib. Onun sözlərinə görə, Mahmud rolunun ifası üçün bir neçə aktyora ssenari göndərilib. Onların arasında Türkiyənin tanınmış aktyorlarından olan Mehmet Günsür də var. Tamaşaçıları onu “Bıçaq sırtı”, “Aşk təsadüfləri sevər” kimi filmlərdən tanıyır.
   Məryəm rolunu isə azərbaycanlı aktrisalardan birinin oynaması planlaşdırılır. Bu rolun ifaçısını tapmaq üçün artıq kastinqlər elan edilib və bir sıra müraciətlər var.
   Filmdə Məlahət Abbasova Mahmudun xalası Qəmər Banu rolunu oynayacaq. Filmin çəkilişləri Azərbaycanın və Türkiyənin tarixi, qədim məkanlarında çəkiləcək.
   Qeyd edək ki, Elçinin “Mahmud və Məryəm” əsəri bir çox xarici dillərə tərcümə edilib. Roman qardaş Türkiyədə də dəfələrlə nəşr edilib, 1997-ci və 2003-cü illərdə ilin ən çox satılan 10 kitabı sırasında yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar