Azərbaycanlı rejissor Yavər Rzayev Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək beynəlxalq kinofestivalın münsif üzvü seçilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə məlumat verib. Yavər Rzayevin Daşkənd I beynəlxalq müasir kino festivalında təmsilçiliyini Mədəniyyət və Turizm Nazirliyi irəli sürüb.
   A.Sultanzadə onu da deyib ki, Azərbaycan bu festivalda filmlə də təmsil olunacaq. Məhz bunun üçün nazirliyin sözügedən şöbəsi bir neçə yerli sənədli, qısametrajlı və animasiya filmlərini festivalın təşkilat komitəsinə göndərib. Təşkilat komitəsi tərəfindən seçilən filmlər Azərbaycanı Daşkənd I beynəlxalq müasir kino festivalında təmsil etmək hüququ qazanacaq. Sözügedən festival sovet dövründə keçirilən Daşkənd beynəlxalq kinofestivalının davamı hesab olunur. Festival Özbəkistan Mədəniyyət və İncəsənət Forumunun təşəbbüsü ilə həyata keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar