Beynəlxalq ahıllar gününə həsr olunmuş tədbir

   Sentyabrın 29-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evində 1 oktyabr - Beynəlxalq ahıllar gününə həsr olunmuş “Ömrün zirvəsi” adlı tədbir keçirilib. Tədbir Mədəniyyət evi və Suraxanı rayon MKS-nin 3 saylı filialının birgə təşkilatçılığı ilə gerçəkləşib. 
   Mədəniyyət evinin əməkdaşı Zabitə Əliməmmədova bildirib ki, Beynəlxalq ahıllar günü respublikamızda 1993-cü ildən qeyd olunur. Zığ Qəsəbə Ağsaqqallar Şurasının sədri Fərrux Sadıxov, Suraxanı rayon MKS-nin direktoru Mərziyə Əhmədova çıxış edərək əlamətdar günlə bağlı təbriklərini dilə gətirib, dövlət tərəfindən yaşlı insanlara göstərilən diqqət və qayğının ildən-ilə artdığını diqqətə çatdırıblar.
   Tədbirin bədii hissəsində rəqs nömrələri, mahnılar, ahıllara həsr olunmuş şeirlər təqdim edilib. 
   
   Lalə