Azərbaycan əsilli məşhur İran-İsveç müğənnisi Araş Hollivud ulduzu Monika Belluççi ilə "Rhino Season" filminə çəkilib. "Ötən il yaxın dostum, rejissor Bəhman Qhobadi mənə İran xalqının həyatından bəhs edən filmində çəkilməyi təklif etdi. Mən düşünmədən razılıq verdim. Dərhal demək istəyirəm ki, bu, kommersiya filmi deyil, ona görə də ondan Hollivud blokbasteri gözləməyə dəyməz. Bu, çox səmimi tarixi dramdır: yəqin ki, onu belə təsvir etmək olar", - deyə Araş bildirib.
   O, həmçinin qeyd edib ki, onun üçün Monika Belluççi ilə birlikdə filmə çəkilmək böyük şərəf idi: “Düzünü deyim ki, mən son ana qədər "kinematoqrafiyanın ilahəsi" Monika Belluççi ilə bir filmdə çəkiləcəyimi bilmirdim. O, mənə çox şeyi öyrətdi və çəkiliş meydançasında çox dəstək oldu. Monika fantastik aktrisa və gözəl qadındır", - Araş əlavə edib.
   Bu, müğənninin ilk aktyor işi olmasa da, Araşın Monika Belluççi ilə layihədə iştirakını onun böyük kinoya rəsmi debütü hesab etmək olar. 2004-cü ildə o, Bollivud filmi "Bluffmaster" ("Yalan kralı") filmində epizodik rol alıb, onun filmin saundtrekinə daxil edilən "Boro Boro" mahnısı isə super hitə çevrilmışdi.
   Filmin premyerası 2012-ci ilə planlaşdırılıb.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar