AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əməkdar elm xadimi, professor, mərhum Cahangir Qəhrəmanovun 90 illiyinə həsr edilmiş tədbir keçirilib. 
   İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov C.Qəhrəmanovun həyat və fəaliyyəti barədə məruzə ilə çıxış edib. Akademiklər Vasim Məmmədəliyev, Möhsün Nağısoylu alimin elmi və ictimai fəaliyyətindən, mütəxəssis yetişdirmək sahəsində gördüyü işlərdən söhbət açıblar. Professorlar Aybəniz Kəngərli, Tahirə Həsənzadə, Kamandar Şərifov, Azadə Musayeva, İsmayıl Məmmədli yubilyar haqqında xatirələrini bölüşüblər.
   
   S.Qaliboğlu