“Art Tover” qalereyasında fotosərgi
Oktyabrın 12-də “Art Tover” qalereyasında bir neçə fotoqrafın əsərlərindən ibarət sərgi açılacaq. “Azərbaycanı kəşf et” adlı sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Concil” qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə gerçəkləşəcək.
Sərgidə 20-dək fotoqrafın 25-dək əsəri yer alacaq. Məqsəd bu istiqamətdə gənc fotoqrafların rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.