Elmi-Metodik Mərkəzdə seminar
Oktyabrın 4-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə “Dilimizi qoruyaq” mövzusunda elmi seminar təşkil olunub.
Mərkəzin Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev seminarı açaraq iştirakçıları salamlayıb.
Mərkəzin direktoru Asif Usubəliyev öz çıxışında qeyd edib ki, ana dili millətin varlığı, həyat tərzi, mədəni irsidir. Tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da, ana dilimiz özünəməxsusluğunu qoruyub saxlaya bilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Üzeyir Hacıbəylinin Azərbaycan dilinin qorunmasına dair fikirləri” mövzusunda məruzə edib. Bakı Musiqi Akademiyasının baş elmi işçisi Fidan Nəsirova, mərkəzin əməkdaşları Hüseyn İbrahimov, Pakizə Almazova çıxış ediblər. Mərkəzin metodistləri Aynur Həsənova və Hüseyn Məmmədov mövzu ilə əlaqədar poeziya nümunələri səsləndiriblər.