Rusiyada yaşayan həmyerlimiz Rodion İsmayılov yeni sənədli filmini yekunlaşdırıb
   
   Həmvətənimiz, rusiyalı rejissor və prodüser Rodion İsmayılov Azərbaycanda çəkdiyi “Mənim qohumum” sənədli filmini yekunlaşdırıb. Sentyabrda filmin montajına başlanılacaq. Çəkilişləri Tovuz rayonunun Köhnəqala kəndində aparılan bu ekran əsəri Rusiyanın Mədəniyyət Nazirliyi və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilib. Filmin operatoru Mixail Qorobçukdur. Baş rolda Lolita İsmayılova oynayıb.
   “Mənim qohumum” filmi Azərbaycan torpağına sevgi, bu sevginin nəsildən-nəslə necə ötürülməsi haqqındadır. Lolita Moskvada doğulub, atası azərbaycanlı, anası rusdur. Bu mühitdə tərbiyə aldığı üçün Lolitanın özünü daha çox rus mədəniyyətinə aid etməsinə baxmayaraq, o, əsil-nəcabəti haqqında bilmək istəyir və bu məqsədlə azərbaycanlı qohumları ilə tanış olmaq üçün atasının vətəninə gəlir.
   Qeyd edək ki, Rodion İsmayılov 1966-cı ildə Tovuz rayonunun Köhnəqala kəndində anadan olub. Rejissorun bir neçə il əvvəl Azərbaycanda lentə aldığı “Köç” adlı sənədli film mütəxəssislər tərəfindən maraqla qarşılanmışdı. Bütün ömrü boyu yaylaqlardan qışlaqlara köç edən çobanların çətin və maraqlı taleyindən bəhs edən ekran əsəri hazırda bir sıra kinofestivallarda Azərbaycan filmi kimi nümayiş etdirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar