Sovet kinosunun görkəmli simalarından biri, məşhur aktyor, SSRİ Xalq artisti Yevgeni Leonov 1926-cı il sentyabrın 2-də Moskvada anadan olub. Atası zavodda mühəndis, anası evdar qadın olub. Məhz anası ona bədii ədəbiyyatı sevdirib. Yevgeni 5-ci sinifdə məktəb dram dərnəyində çıxış edib. Böyük Vətən müharibəsi başlayanda 7-ci sinifdə təhsilini yarımçıq qoyaraq zavodda işləyib. Müharibədən sonra aviasiya texnikumuna qəbul olunub. Burada bədii özfəaliyyət kollektivində çıxış edib. Texnikumun 2-ci kursunda oxuyanda Moskva teatr studiyasına qəbul olunub. Oranı bitirdikdən sonra K.Stanislavski adına teatrda işləməyə başlayıb. Yevgeni Leonov yaradıcılığı boyu bir neçə teatrda çalışıb, dramatik, eyni zamanda komik rolları yüksək ustalıqla yaradıb.
   Onun kino karyerası 1947-ci ildə başlayıb, “Turbinlərin günləri” filmində çəkilib. Bundan sonra rejissorların diqqətini cəlb edib və müxtəlif filmlərə dəvət alıb. “Zolaqlıların səfəri”, “Uğur centlemenləri”, “Til haqqında əfsanə“, ”Belarus vağzalı”, “ Karusel”, “ Mimino”, “Kin-dza-dza”, “Otuz üç” , “Payız marafonu”, “Afonya” və digər filmlərdə maraqlı rollar yaradan Y.Leonov uzun illər tamaşaçıların sevimli aktyorlarından biri olub. “Payız marafonu” filmindəki Palıç roluna 1979-cu ldə San-Sebastyan kinofestivalının mükafatına, həmçinin SSRİ Dövlət mükafatına layiq görülüb.
   Yevgeni Leonov cizgi filmlərindəki rolların səsləndirilməsi ilə də tanınıb. Məşhur “Vinni Pux” cizgi filmi ona ümumxalq sevgisi qazandırıb.
   Aktyor 1994-cü il yanvarın 29-da vəfat edib.
   
   Çingiz







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar